Həbsxanadan butik otelə - İsveçrənin memarlıq incisi 

Həbsxanadan butik otelə - İsveçrənin memarlıq incisi 

Hazırda oxunan: Həbsxanadan butik otelə - İsveçrənin memarlıq incisi 

95335

"Həbsxana, əslində, bir oteldir" deyərək İsveçrə hökuməti minimum dəyişikliklərlə keçmiş mərkəzi həbsxananın tarixi binasını turizm mehmanxanasına çevirib. 

Bizim.Media xəbər verir ki, Jailhotel adlanan bu əsrarəngiz tikili 18-ci əsr memarlığının təcəssümü kimi Luzern şəhərinin mərkəzi küçəsini bəzəyir. 

Keçmiş həbsxananın 3 təkadamlıq kamerasını birləşdirməklə 1 geniş otaq ərsəyə gətirən memarlar tikilinin tarixi nüanslarını qoruyub saxlayıblar.
Ümumilikdə oteldə 70 standart otaq, keçmiş həbsxana nəzarətçisinin masasının qoyulduğu lüks otaq, binanın zirzəmisində şərab evi və hətta gecə klubu var. 

Sökülmüş həbsxana binasından butik otelə çevrilməklə bu məkan İsveçrənin unikal turistik məkanı hesab edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO