Riçard Gir Ukraynanı dəstəklədi - VİDEO

Riçard Gir Ukraynanı dəstəklədi - VİDEO

Hazırda oxunan: Riçard Gir Ukraynanı dəstəklədi - VİDEO
85190
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hollivud aktyoru Riçard Gir Kiyevdə keçirilən ikinci "Birinci Xanımlar və Cənablar Sammiti"ndə onlayn çıxış edib.

Bizim.Media xəbər verir ki, 72 yaşlı sənətçi Ukrayna ilə həmrəy olduğunu bildirib.

O, çıxışı zamanı Rusiyanın Ukraynadakı hərbi cinayətlərini pisləyib və qeyd edib ki, ukraynalılar məğlub ola bilməz.

“Uşaqların başına gələnlər, cəmiyyət və insanlar üçün mövcud olan qorxu və çətinliklər məni çox heyrətə gətirir. Bu müharibə bitəcək və qalib gəlmək lazımdır, yorulmaq olmaz. Bu, həyatımızın vacib elementidir. Bu, həyatımda gördüyüm ən böyük müharibədir, şərə qarşı müharibədir. Əgər biz uduzsaq, bu, dünyanın digər diktatorlarını ruhlandıracaq, ona görə də onu itirmək olmaz. Ukrayna heç vaxt əvvəlki kimi olmayacaq. İnsan ruhu, insan ürəyi bu böhrandan sonra ukraynalıları birləşdirə və onları daha da yaxşılaşdıra biləcək. Hamımız müəyyən empatiya, birlik hiss etməliyik. Biz bu dəhşətli vəziyyəti yaxşılaşdıra bilərik. Ruslar öz tarixlərində, xeyli sayda nəsillər boyu çox pis işlər görüblər”, deyə aktyor vurğulayıb.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO