Andrey Saxarovun Moskvada oğurlanan abidəsi Xankəndidə peyda oldu – FOTO

Andrey Saxarovun Moskvada oğurlanan abidəsi Xankəndidə peyda oldu – FOTO

Hazırda oxunan: Andrey Saxarovun Moskvada oğurlanan abidəsi Xankəndidə peyda oldu – FOTO
75580
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskvanın açıq səma altında heykəltəraşlıq parkı olan “Muzeon”da Andrey Saxarovun abidəsi yoxa çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə publisist Nikolay Podosokrski Telegram kanalında yazıb.

Heykəlin yoxa çıxmasını mayın 21-də Saxarovun doğum günü şərəfinə “Abidələr arasında insan” tematik gəzintisi keçirən “Memorial”ın bələdçiləri aşkar ediblər.

Heykəlin yoxa çıxması barədə daha əvvəl Memorialda keçirilən “Andrey Saxarov – Vicdanın akademiki” adlı sərginin müəllifi rəssam Katya Quşçina məlumat yayıb.

Andrey Saxarovun heykəli (müəllifi Qriqori Pototski) “Muzeon” Parkında gəzinti marşrutunun nöqtələrindən biri olmalı idi. Ora gələn gəzinti təşkilatçıları və iştirakçıları ehtiyatla Muzeyin ətrafında gəzsələr də, abidəni tapa bilməyiblər. Qorki parkının məlumat mərkəzi heykəlin harada olduğu ilə bağlı informasiyası olmadığını bildirib.

Daha sonra abidənin müəllifi Qriqori Pototski Saxarovun heykəlinin Moskvadan çıxarılaraq Qarabağda, Azərbaycanın qədim şəhəri olan Xankəndidə qoyulduğunu bildirib.

Heykəltəraşın sözlərinə görə, abidənin açılışında Qarabağdakı qondarma rejimin “rəhbərliyi” iştirak edib.

Bizim.Media

Andrey Saxarovun Moskvada oğurlanan abidəsi Xankəndidə peyda oldu – FOTO - foto 1
Andrey Saxarovun Moskvada oğurlanan abidəsi Xankəndidə peyda oldu – FOTO - foto 2
Andrey Saxarovun Moskvada oğurlanan abidəsi Xankəndidə peyda oldu – FOTO - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO