Zelenski: “Tramp avropalılara deyib ki, Ukraynaya həddindən artıq pul xərcləyirlər”

Zelenski: “Tramp avropalılara deyib ki, Ukraynaya həddindən artıq pul xərcləyirlər”

Hazırda oxunan: Zelenski: “Tramp avropalılara deyib ki, Ukraynaya həddindən artıq pul xərcləyirlər”
649002
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp bu həftə Avropa liderləri ilə söhbəti zamanı deyib ki, Avropa Ukraynaya yardım üçün çox vəsait xərcləyir və həmin pulları öz ehtiyaclarına yönəltməlidirlər.

Bizim.Media UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters”ə açıqlamasında danışıb.

Ukrayna liderinin sözlərinə görə, Tramp noyabrın 19-da, cümə axşamı günü Berlində Ukraynanın müttəfiqlərinin görüşünə telefonla qoşulub. Görüşdə Zelenski də iştirak edib.

“Dedi ki, Avropa çox pul xərcləyir və müharibə başa çatdıqdan sonra bu vəsaiti özünə xərcləyə bilər”. Zelenski Trampın sözlərindın sitat gətirib.

Ukrayna lideri, bununla belə həmin açıqlamanı təhdid kimi qəbul etmədiyini vurğulayıb.

Zelenski ABŞ-ın Avropa ölkələrini sülh prosesinə tamhüquqlu iştirakçılar kimi cəlb etmək niyyətini alqışlayıb.

Ukrayna Prezidenti Rusiya lideri Vladimir Putinin müharibəni başa çatdırmaq üçün güzəştlərə getməyə hazır olduğuna isə şübhə ilə yanaşdığını bildirib.

“Mən onun kompromislərə hazır olması məsələsində amerikalılardan bir qədər daha skeptikəm. Yeri gəlmişkən, bunu Amerika komandasına da dedim”, – deyə Zelenski qeyd edib.

Onun sözlərinə görə, Rusiya hələ də Donbasın bütün ərazisinin ona verilməsi tələbindən imtina etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO