Fransada bu gün etiraz aksiyalarına 80 mindən çox insan qatılıb

Fransada bu gün etiraz aksiyalarına 80 mindən çox insan qatılıb

Hazırda oxunan: Fransada bu gün etiraz aksiyalarına 80 mindən çox insan qatılıb
648989
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 21-də Fransada qiymətlərin artmasına qarşı keçirilən nümayişlərdə iştirak edənlərin ümumi sayı 82 min 500 nəfərə çatıb.

Bizim.Media  xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb. Bildirilib ki, ən böyük etiraz Parisdə keçirilən yürüş olub və orada 21 min 500 nəfər iştirak edib.

İzdihamı dağıdarkən başlayan qarşıdurmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları göz yaşardıcı qazdan istifadə ediblər.

Etiraz çağırışına səsləyən “Union Tudiante” tələbə qrupu isə bu şənbə günü Fransa şəhərlərinin küçələrində 150 min nümayişçinin olduğunu açıqlayıb. Parisdə isə 45 min insanın etiraz etdiyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO