Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-nə çağırıldı

Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-nə çağırıldı

Hazırda oxunan: Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-nə çağırıldı
0:00 / 0:00
648832
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Estoniyanın müvəqqəti işlər vəkili Tallinin Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlamaq qərarından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, sərhəd-keçid məntəqələrinin birtərəfli qaydada bağlanması Rusiya vətəndaşlarının hüquqlarını pozur və Estoniya iqtisadiyyatı üçün də “ən mənfi nəticələrə” səbəb olacaq.

“Rusiya tərəfi milli maraqlarını qorumaq üçün bütün zəruri siyasi-diplomatik tədbirləri görmək hüququnu özündə saxlayır”, – Zaxarova vurğulayıb.

Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna daha əvvəl dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin bağlanacağını açıqlayıb.

Bu qərar Tallinin Rusiya hərbi kəşfiyyatını (QRU) pilotsuz uçuş aparatları istehsal edən “Threod Systems” şirkətinin obyektlərində partlayış törətməyə cəhddə ittiham etməsindən sonra verilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO