ABŞ, Avropa və onların müttəfiqlərinin sanksiyaları səbəbindən Rusiya özünün qızıl-valyuta ehtiyatlarının bir hissəsinə çıxış əldə bilmir. Nəticədə təxminən 300 milyard dolları “dondurulmuş vəziyyətdə” qalıb.
Bizim.Media “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov bunu “Moskva Kreml.Putin” proqramının müəllifi Pavel Zarubinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Milli Sərvət Fondu da daxil olmaqla qızıl-valyuta ehtiyatlarının bir hissəsi dondurulub.
"Bu, bizdə olan bu ehtiyatların təxminən yarısıdır. Ümumilikdə 640 milyard dollar ehtiyatımız var, 300 milyard dollara yaxın ehtiyat indi elə vəziyyətdədir ki, biz onlardan istifadə edə bilmirik", - Siluanov vurğulayıb.
Rusiyalı nazir xatırladıb ki, Rusiyanın qızıl-valyuta ehtiyatlarının bir hissəsi yuandadır və bununla əlaqədar Qərb Çindən Rusiyanın öz valyutasına çıxışını məhdudlaşdırmağa çalışır.
Onun sözlərinə görə, ehtiyatların dondurulması ilə əlaqədar Rusiya Federasiyasında öhdəliklərin, o cümlədən borcun yerinə yetirilməsi ilə bağlı problemlər yaranıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:50 / 13.03.2022
Sanksiyalara görə Rusiya 300 milyard dollarını xərcləyə bilmir – RƏSMİ
Hazırda oxunan: Sanksiyalara görə Rusiya 300 milyard dollarını xərcləyə bilmir – RƏSMİ
Hazırda oxunan: Sanksiyalara görə Rusiya 300 milyard dollarını xərcləyə bilmir – RƏSMİ
64544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.