Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Hazırda oxunan: Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

640549

Rusiya ordusu Qara dənizin neytral sularında taxıl daşıyan mülki gəmiyə iki dronla zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
 

Onun sözlərinə görə, gəmi Türkiyəyə məxsus olub. Hücum nəticəsində kapitan ölüb. Zelenski gəmidə Azərbaycan və Hindistan vətəndaşlarının olduğunu qeyd edib.


“Təəssüf ki, gəminin kapitanı ölüb. Digər şəxsin taleyi isə araşdırılır”, - Ukrayna Prezidenti vurğulayıb.

O əlavə edib ki, gəmidən 11 nəfər xilas edilib, onlardan biri xəsarət alıb.

Qeyd edək ki, bu gün Qara dənizin Rumıniya sahillərindən 20 dəniz mili məsafədə taxıl daşıyan Türkiyəyə məxsus "Royad Mammadov" gəmisi dron hücumuna məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO