Türkiyədə VACİB GÖRÜŞ: Ukrayna və Rusiya XİN başçıları bir araya gəlir

Hazırda oxunan: Türkiyədə VACİB GÖRÜŞ: Ukrayna və Rusiya XİN başçıları bir araya gəlir

63974

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və rusiyalı həmkarı Sergey Lavrov bu gün Antalyada görüşəcək.   

Bizim.Media xəbər verir ki, görüş Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlunun iştirakı ilə baş tutacaq.

Danışıqlar üçüncü Antalya Diplomatik Forum çərçivəsində keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynanın xarici işlər naziri Lavrovla danışıqlar haqda: Yəqin nəyisə demək istəyir


Məlumata görə, tərəflər atəşkəs, ərazi və humanitar məsələləri müzakirə edəcəklər. Rəsmi Kiyev və Moskva arasında görüş Türkiyə tərəfinin təşəbbüsü ilə təşkil edilib.
Rusiya və Ukrayna nümayəndə heyətləri görüşdən kənar danışıqlar aparmayacaq, ayrı-ayrı hotellərdə qalacaqlar. Danışıqların keçiriləcəyi hoteldə Rusiya nümayəndə heyətinin qalacağı villanın pəncərələri gülləkeçirməzdir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO