Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

Hazırda oxunan: Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - Video

639530

İtaliya polisi Kayvano şəhərindəki mənzillərdən birində keçirdikləri axtarış zamanı divarların içindəki xüsusi gizli yerlərdə saxlanılan 3,2 milyon avro nağd pul aşkar ediblər.

Bizim.Media "ANSA" agentliyinə istinadən xəbər verir ki, polis əməkdaşları pulları çıxarmaq üçün divarları çəkiclərlə sındırmalı olublar. 

Yayımlanan kadrlar göstərir ki, açılan boşluqlardan əsasən 50 avroluq əskinaslardan ibarət çoxsaylı bağlamalar çıxarılıb. Sellofana bükülmüş pulların sayı o qədər çox olub ki, zabitlər onları plastik vedrələrə yığmaq məcburiyyətində qalıblar.
 

Mənzildə elektron kilid mexanizmləri ilə təchiz olunmuş gizli boşluqlar və bölmələr quraşdırılıb. Sığınacaqlar divarlarda və mebellərdə, həmçinin vanna otağındakı duş kabinasının altında yerləşdirilib.


Polis əməkdaşları axtarış zamanı yalnız nağd pul deyil, həm də ümumi dəyəri 127 min avro olan 11 ədəd "Rolex" qol saatı tapıblar.

İstintaqın versiyasına görə, mənzildə gizlədilən sərvətin mühafizəsi üçün daimi növbətçilik təşkil olunubmuş. Müsadirə edilən milyonların narkotik alverindən əldə edildiyi ehtimal olunur.

Əməliyyat çərçivəsində 34 nəfər həbs edilib: onların 23-ü barəsində həbs qətimkan tədbiri seçilib, 11-i isə ev həbsinə buraxılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO