Rusiyada fişəng anbarındakı yanğında ölənlərin sayı ARTDI

Rusiyada fişəng anbarındakı yanğında ölənlərin sayı ARTDI

Hazırda oxunan: Rusiyada fişəng anbarındakı yanğında ölənlərin sayı ARTDI

639274

Rusiyanın Yaroslavl vilayətində fişəng anbarında baş verən yanğın zamanı həlak olanların sayı 10 nəfərə yüksəlib. 

Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

"112" Telegram kanalı da 10 nəfərin öldüyünü təsdiqləyib və dəqiqləşdirib ki, yanğın zamanı binalarda ümumilikdə 15 nəfər olub. Onlardan dördü ilə hazırda əlaqə saxlamaq mümkün deyil, axtarışları davam etdirilir. Bir nəfər isə xəstəxanadadır.
 

Bundan əvvəl xilasedicilər uçmuş konstruksiyaları təmizləyərkən beş nəfərin meyitini tapmışdılar. Müəssisədəki yanğın artıq lokallaşdırılıb. Alovun söndürülməsinə 100-dən çox fövqəladə hallar xidmətinin əməkdaşı və 40 ədəd xüsusi texnika cəlb olunub.


İlkin məlumata görə, hadisə elektrik çaynikinin qoşulduğu uzadıcı naqildəki (udlinitel) qısaqapanmadan başlayıb. Alov pirotexniki vasitələrə keçib, daha sonra partlayışlar və güclü yanğın baş verib. Hadisə nəticəsində iki bina tamamilə dağılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO