6 aylığında “Amerika gözəli”x9d seçilmiş aktrisa

6 aylığında “Amerika gözəli”x9d seçilmiş aktrisa

Hazırda oxunan: 6 aylığında “Amerika gözəli”x9d seçilmiş aktrisa

63831
İstənilən cinayət hadisəsi ilə bağlı xəbərlər insanı dəhşətə gətirir. Göz önündə olan, daha dəqiq desək, məşhur insanların cinayətə qurban getmələrini isə cəmiyyət hər zaman heyrət və maraqla qarşılayıb. Bu cür cinayət hadisələri ilə bağlı məqamlar daim insanların maraq dairəsində olub.

Kult.az cinayət qurbanı olan məşhur aktrisa Şaron Teytin faciəli həyatı haqqında yazını təqdim edir.

İri qəhvəyi gözləri və sehrli gülümsəməsiylə dünyanın ən gözəl və bəxtsiz qadınlarından olan Şaron Teyt Hollivud ulduzları sırasında öz dövrünün həddindən artıq sevilən aktrisası idi. Təsadüfi deyil ki, aktrisanı ölümə aparan səbəb elə Şaronun şöhrəti oldu. “Həyatımın axışına taleyim qərar verir. Başıma gələnlərin heç birini mən planlamadım”x9d ”“ deyən aktrisanın ölümü ən dəhşətli xəbərə çevrildi. Həm də heç kimin gözləmədiyi bir anda. Amma qətl hadisəsi Şarondan fərqli olaraq planlı idi.

Gənc yaşında aktrisalıq fəaliyyətinə başlayan Şaron Teyt 1943-cü il 24 yanvarda Amerikada anadan olub. 1968-ci ildə 25 yaşında ikən məşhur rejissor Roman Polanski ilə (“Pianoçu”x9d filminin rejissoru, 2002) ailə qurur. Teyt səkkiz aylıq hamilə ikən dostları ilə evində əylənən zaman Çarlz Manson və onun əlaltıları tərəfindən qətlə yetirilir.

Texasda dünyaya gələn Şaron ilk şöhrət pillələrini hələ körpə ikən dırmanır. Belə ki, bir yaşı tamam olmamış, daha dəqiq, altı aylığında ikən bu körpə gözəllik yarışında ilk mükafatını ”“ “Dallas müsabiqəsinin balaca xanımı”x9d adını qazanır. Bununla əlaqədar onu “Milyon dollarlıq körpə”x9d də adlandırırdılar. Amma qeyd edək ki, Teyt ailəsinin şou dünyası ilə heç bir bağlantısı yox idi. Hərbiçi ailəsində böyüyən Şaron 16 yaşına qədər altı böyük şəhər mühitini yaşamalı olur. Dost çevrəsi olmayan bu gənc qız yaşıdlarından fərqli olaraq özünə güvənsiz və qorxaq idi. Amma zamanla gözəlliyi haqqında eşitdiyi xoş sözlər onu gözəllik müsabiqələrini qatılmağa sövq edir. 1959-cu ildə “Riçlend Gözəli”x9d, bir il sonra 1960-cı ildə isə “Vaşinqton Gözəli”x9d seçilir.

İlk dəfə reklam filmi ilə gündəmə gələn Şaron daha sonra İtaliyada “Barabbas”x9d filmində epizodik rolda iştirak edir. İlk böyük çıxışı o dövrün məşhur serialı “The Beverly Hillbillies”x9ddə bank katibəsi Canet Treqo rolunu ifa etdi. Həmin aralar sevgilisi Filip Forkvit tərəfindən döyülərək xəstəxanaya yatırıldı. Son zamanlar aktrisalıq fəaliyyəti ilə əlaqədar nişanlısı Filiplə tez-tez münaqişə yaşayan Şaronun, beləcə, nişan həyatı da sona yetir. Daha sonra məşhur Hollivud saç ustası Cey Sebrinqlə sevgili həyatı yaşayan Şaron  Ceyin onun gələcək karyerasına mane ola biləcəyin düşünür və buna görə də Sebrinqin evlilik təklifini rədd edir.


Həmin ərəfədə aktrisa “Eye of the Devil”x9d (“Şeytanın gözü”x9d) filmində iştirak edir. Elə bu dönəmlərdə rejissor Roman Polanski ilə tanış olur. Polanski o vaxtlar “The Fearless Vampire Killers”x9d (“Qorxusuz vampir qatilləri”x9d) filmi üçün qadın aktrisa axtarırdı. Rejissor Martin Ransohoff Şaronu məsləhət görür. Filmdə Polanski həm rejissor, həm aktyor, həm də ssenari müəlliflərindən biri kimi işləyirdi. Filmdə Roman özü Teytin canlandırdığı obraza aşiq olmalı idi. Amma realda da Şarona aşiq olan gənc rejissor Teytə Londana köçməyi və onunla birlikdə yaşamağı təklif edir. Şaron həyatının geri qalan hissəsini və tamamını Polanski ilə birgə addımlayır. Bu arada, köhnə sevgilisi Cey Sebrinqlə dostluq münasibəti isə davam edir. Və onların bu sevgisi Hollivud tarixinin, bəlkə də, ən böyük dostluğuna çevrilir. Hətta təsadüf ya zərurət bilinmir, ancaq 1969-cu ilin qorxunc ölüm yolçuluğuna da Sebrinqlə Teyt birgə çıxırlar.

“Valley of the Dolls”x9d (“Gəlinciklər vadisi”x9d) filmi gözlənilən nəticəni vermir. Film düşünüldüyündən də uğursuz qarşılandı. 1968-ci ildə  Roman Polanski Şaron Teyt ailə qurur. Bu evlilikdən sonra Şaron film həyatını arxa planda saxlayır. Evlilik illərində bir müddət aktrisanın özünə də film təklifi gəlmir. 1969-cu ildə “The Wrecking Crew”x9d(“Qızıl oğruları”x9d) adlı komediya filmində rol alır. Bu filmin çəkilişləri ərzində Brus Lidən dərs alan aktrisa Şaron məhz buna görə özünü xoşbəxt hiss edirdi. Film arzulanan nəticəni verdi. Bunun ardınca Şaron “The Thirteen Chairs”x9d (“On üçüncü stul”x9d) filmində baş rollardan birini ifa edir. Həmin filmin çəkiliş vaxtlarında o, artıq hamilə idi.

Gözəlliyi, ideal bədən quruluşu, eləcə də, aktrisalıq məharəti Şaronu ən sevilən model və aktrisa kimi tanıdır. Ən məşhur jurnalların üzü hesab olunan Şaron Teyt bu gün də öz fotoları ilə televiziya, mətbuatın gündəmində ən maraqlı qadın obyekti kimi tanınır. Onun fotolarını əks etdirən aksesuarlar, geyimlər, imzası olan fotolar ən çox alınanlar sırasındadır.

Dəfələrlə “People”x9d jurnalında aktrisanın həyat və fəaliyyəti, ölümü haqqında məqamlar öz əksini tapıb. Sonuncu belə buraxılış isə 2014-cü ilin sentyabrına məxsusdur. Bundan əlavə, “Panorama”x9d, “Fotoqrammas”x9d kimi jurnallarda da dəfələrlə Şarondan bəhs olunub.


Bacısı Debr Teyt Şaronun adını daşıyan jurnal da buraxıb. Debr Teytin müəllifliyi ilə dərc olunan “Sharon Tate: “Recollection”x9d jurnalının təsisçisi rejissor Roman Polanskidir. “Sharontate.net”x9d web səhifəsində Şaron haqqında arzulanan bütün məlumatları əldə etmək mümkündür. 

Məşhur amerikalı aktrisa-model Şaron Teyt ən qanlı cinayətin qurbanı kimi tarixə düşüb. O, 8 avqust 1969-cu ildə Kaliforniyada öz evində qətlə yetirilib. Cinayət zamanı Polanski film çəkilişləri ilə əlaqədar ailəsindən uzaqda olub. Avqustun 12-də çəkilişlərini tamamlayıb qayıtmağı planlayan Polanski evinə iki gözəl günü qeyd etmək arzusu ilə gəlirdi. Həm tezliklə ata olmaq sevinci, həm də avqustun 18-də kinorejissorun 36 yaşı tamam olacaqdı. Hər şey isə gözlənildiyindən tam fərqli oldu.

Cinayət baş verən gün ”“ 8 avqustda Teyt sənət dostları ilə evində təşkil etdiyi qonaqlıqda qətlə yetirildi. Qətl beş nəfərdən ibarət cinayətkar dəstənin, xüsusilə də Çarlz Mansonların əli ilə baş tutdu. Teytin dostları hər biri üç güllə yarası ilə öldürüldülər. Aktrisanın cəsədində güllə yaraları ilə yanaşı, onun boynunda uzun ip olduğu da bildirirlirdi. Maraqlı bir məqam kimi qeyd edək ki, Şaronun köhnə sevgilisi və dostu Cey Sebrinqin cəsədi də boyunda iplə tapılıb. Bunun nəyə işarə ola biləcəyi isə hələ də sual altındadır. İlk qətlə yetirilən Stiven Parent olur. Onu elə həyətdə dörd güllə ilə öldürmüşdülər.

Daha sonra içəri hücum edən cinayətkar dəstə bir-bir hər kəsi qətlə yetirir. Dostu Sebrinq Teytin hamilə olduğunu və heç deyilsə onu öldürməməsini xahiş etsə də, qatil Vatsonun ikinci qurban edəcəyi şəxs Sebrinqin özü olur. Bundan qorxuya düşən Vojçayç Fraykovski və Abicel Folqer qaçıb xilas olmaq istəsələr də, bu, mümkün olmur. Onların cəsədləri arxası üstə qapıya doğru uzanmış vəziyyətdə tapılır. Sıra 26 yaşlı gənc aktrisaya çatır. O qatillərə “heç olmasa ya  körpəmi dünyaya gətirim sonra öldürün, ya da kəsib körpəmi götürüb məni elə  öldürün”x9d ”“ deyə yalvarır. Yalvarışlara əhəmiyyət verməyən qatillər Teyti öldürəndən sonra giriş qapısına onun qanı ilə “Donuz”x9d sözünü yazırlar.

Aktrisanın beşi ölümcül olmaqla 16 dəfə bıçaq zərbəsi aldığı bildirilir. Ekspertlərin verdiyi nəticəyə görə, Şaron Teyt ölüm öncəsi ağır işgəncələrə məruz qalıb. Aktrisanın qatili Amerikanın ən təhlükəli casuslarından biri Çarlz Mansondur. O, bunu özü etiraf edib. 35 qətli törətməkdə günahlandırılan Ç.Manson xüsusi auditoriyası olan musiqiçi idi. Musiqi sahəsində uğur qazana bilməyən Manson yeganə çıxış yolunu işində uğur qazanan məşhurların taleyini dəyişməkdə görürdü. O, ya qurbanlarını öldürür, ya da onları ölümcül vəziyyətə salırdı. Ç.Manson həm də saxta sənəd düzəltməkdə, narkotik və qadın alveri kimi cinayətlərin də səbəbkarı kimi tanınır.


Səkkiz avqust cinayəti kinorejissora çox pis edir. Həyat yoldaşını və hələ doğulmamış körpəsini öz əli ilə dəfn edən Polanski bu ağır itkilərin təsirindən uzun müddət özünə gələ bilmir. 13 avqustda Roman Polanski Kaliforniyada Şaron Teyt və oğlu Paul Richard Polanskini (körpənin adı ölümündən sonra ailələr tərəfindən qoyulub) dəfn edir. Polanski qatillər tapılana qədər şizofren həyatı yaşayır.

Mansonun özü də daxil olmaqla dörd qatil hazırda həbsxana həyatlarını yaşayırlar. Törətdikləri qətli etiraf edən cinayətkar dəstənin üzvü Susan Atkins beyin xərçəngi ilə əlaqədar 2009-cu ildə dünyasını dəyişir.

6 Mart 1970-ci il tarixində Mansonun mahnılarından ibarət “Lie: The Love & Terror Cult”x9d adlı albom satışa çıxarılır. Bu albomda daha əvvəllər “Beach Boys”x9d tərəfindən bəstələnən “Never Learn Not to Love”x9d, “Cease to Exist”x9d kimi dəyərli mahnılar yer alır. Bacısı Patti Teyt isə Charles Mansonun musiqi fəaliyyətinə tamamilə son qoyulması və bütün bəstələri məhv etməsi, yeni musiqilərin yazılmaması üçün illərdir ki, mübarizə aparır.

Teyt ailəsi illərdir ki, Manson və o biri qatillərin həbsdən azad olmamaları üçün imza toplayırlar. Bu səbəblə Şaronun anası Doris Teyt hətta “Cinayət Qurbanları Dərnəyi”x9d təşkil edib.


Qısa müddətdə rejissor aktrisanın həyatından bəhs edən “Şaronun gözləri”x9d filmini çəkir. Rejissor Polanski Şaron Teytlə keçən illərini “həyatımın ən gözəl illəri”x9d adlandırır. 1979-cu ildə Şaronun London səfəri zamanı oxuyub Polanskiyə bağışladığı “Tess”x9d romanına film çəkir və bu filmi Şaronun xatirəsinə həsr edir. 1984-cü ildə müsahibələrinin birində Teytin ölümündən sonra heç bir dini inancının qalmadığını vurğulamışdı.

Qeyd edək ki, bu cinayət hadisəsi Hollivud ulduzlarının narahatlığına səbəb olub. 1969-cu ildə Teyt və dostlarının, 1980-ci ildə isə “Beatles”x9d qrupunun məşhur üzvü Con Lennonun öldürülməsi və 1981-ci ildə film ulduzu Cudie Fosterə aşiq olan bir qatilin Ronald Reyqanı öldürməyə cəhd etməsi kimi şok təsirli hadisələr zənciri, çox pul qazanan, həddindən artıq məşhur insanları özəl mühafizə şirkətləri ilə mühafizə haqqında müqavilə məsələsini meydana gətirdi. O vaxtdan bu cür məşhur simaların qurbanlarının sayı çoxalmasın deyə mühafizə sisteminin gücləndirilməsi işinə xüsusi önəm verilməyə başladı.

Bu günə qədər Brayn De Bau, Tina Martin, Uitney Dilan və Leyla Conson kimi aktrisalar müxtəlif filmlərdə taleyi gətirməyən cazibədar aktrisa Şaron Teyt obrazını canlandırıblar.

“Sevgini doya-doya yaşamaq lazımdır. Həmin sevgi insanı tamamlamalıdır. O, hər şeyi daha da əyləncəli edər. Gözəllik gördüyünüz bir şeydir, sevgi isə hiss etdiyiniz”¦”x9d Bu sözlər Şaron Teytə məxsusdur. Ölümü ilə bütün dünyanı hüznə qərq edən gənc aktrisanın ölümündən sonra ən çox diqqətə alınan fikirləri isə bu oldu: “Həqiqət olan hər şeydə bir qədər də çirkinlik var. Gül də solduğu zaman çirkinləşir. Bir quş  ovlanarkən, okean isə qabardığı zaman çirkindir”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO