Prezidentin Avropa Parlamenti barədə fikirləri Ruminya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ- FOTO

Prezidentin Avropa Parlamenti barədə fikirləri Ruminya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ- FOTO

Hazırda oxunan: Prezidentin Avropa Parlamenti barədə fikirləri Ruminya mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ- FOTO

637007

Rumıniyanın “Epoch Times Romania” nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti ilə bağlı səsləndirdiyi fikirlərə dair məqalə dərc edib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, nəşrin “Azərbaycan Prezidenti Avropa Parlamentini korrupsionerlər yuvası adlandırıb” sərlövhəli materialında dövlətimizin başçısının sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşü zamanı Avropa təsisatlarının Azərbaycana münasibəti barədə səsləndirdiyi fikirlər yer alıb.

Məqalədə bildirilir ki, Prezident İlham Əliyev Avropa Parlamentini sərt tənqid edərək qurumun fəaliyyətində korrupsiya hallarına və Azərbaycana münasibətdə ikili standartlara diqqət çəkib.
 

Qeyd olunub ki, dövlətimizin başçısı çıxışında Azərbaycanın uzun illər ərzində Avropa təşkilatlarında öz mövqeyini çatdırmağa çalışdığını, lakin Ermənistanın işğalçılıq siyasətinə lazımi siyasi qiymət verilmədiyini bildirib.


Məqalədə bildirilib ki, Prezident İlham Əliyev çıxışında Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini xatırladaraq Azərbaycanın həmin dövrdə beynəlxalq təşkilatlardan Ermənistanın işğalçılıq siyasətinə siyasi qiymət verilməsini tələb etdiyini vurğulayıb.

Vurğulanıb ki, Azərbaycan Avropa Şurasından Ermənistana qarşı hərbi əməliyyatlar aparılmasını deyil, işğal faktının siyasi baxımdan tanınmasını istəyirdi. Lakin Prezident İlham Əliyevin sözlərinə görə, bu istiqamətdə müvafiq qərarlar qəbul edilməyib.

Rumıniya nəşrinin diqqətə çatdırdığı əsas məqamlardan biri Prezident İlham Əliyevin Avropa Parlamentində korrupsiya ilə bağlı səsləndirdiyi fikirlərdir.

Qeyd olunub ki, Prezident İlham Əliyev Avropa Parlamentinin keçmiş vitse-prezidenti ilə bağlı korrupsiya qalmaqalına toxunaraq qurumun fəaliyyətini tənqid edib. Prezidentin sözlərinə görə, həmin şəxsin evində milyonlarla dollar aşkar edilməsi ilə bağlı hadisəyə baxmayaraq, məsələ lazımi şəkildə araşdırılmayıb.

İlham Əliyev Avropa Parlamentini “rüşvətxorlar yuvası” adlandıraraq bu fikri tam məsuliyyətlə söylədiyini bildirib.
 

Vuğulanıb ki, Prezident çıxışında Avropa təsisatlarının Azərbaycana münasibəti ilə bağlı digər məsələlərə də toxunub. O, Ermənistanın işğalçılıq siyasətinə görə sanksiyalarla üzləşmədiyini, Azərbaycanın isə 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Avropa Şurası Parlament Assambleyasında məhdudiyyətlərlə qarşılaşdığını bildirib. Prezident İlham Əliyev bu yanaşmanı Azərbaycana münasibətdə ikili standartların təzahürü kimi qiymətləndirib.


Məqalədə o da qeyd olunub ki, Prezident İlham Əliyev, həmçinin Avropa təsisatlarında islamofobiya ilə bağlı narahatlığını ifadə edib. O, müsəlman dünyasının nüfuzdan salınması və dini dəyərlərə qarşı hörmətsizlik hallarının təsadüfi olmadığını bildirərək bu cür hallara qarşı birliyin vacibliyini vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO