Yeni Dehlidə keçirilən BRİKS sammiti zamanı Çin Xalq Respublikasının sədri Si Cinpin guya huşunu itirib və bundan sonra ona tibbi yardım göstərilib.
Bizim.Media xəbər verir ki, Çin liderinin bu səbəbdən səfərini vaxtından əvvəl başa vuraraq xüsusi təyyarə ilə Çinə qayıtdığı iddia edilir.
Bu barədə Çin Demokratik Partiyasının sədri Sie Vantszyun "X" sosial şəbəkəsində yazıb. O iddia edir ki, Pekinə çatdıqdan sonra Si Cinpin 301 saylı Pekin Xəstəxanasına yerləşdirilib və həkimlər onda ağır işemik insult diaqnozu qoyublar.
Məlumatda bildirilir ki, Çin lideri Hindistan tərəfinin səhhəti barədə məlumat almasından ehtiyat edərək yerli xəstəxanalarda müalicədən imtina edib və təyyarə ilə geri dönüb.
Həmçinin qeyd olunur ki, Pekin hakimiyyəti Si Cinpinin sentyabrın sonuna planlaşdırılan ABŞ-a səfərinə qədər bərpa olunub-olunmayacağını hələ təsdiqləyə bilmir.
Bizim.Media



































































































