Ukraynalı müəllif Tina Karol və Ani Lorakın hitlərinə görə nə qədər qonorar alıb?

Ukraynalı müəllif Tina Karol və Ani Lorakın hitlərinə görə nə qədər qonorar alıb?

Hazırda oxunan: Ukraynalı müəllif Tina Karol və Ani Lorakın hitlərinə görə nə qədər qonorar alıb?

636965

Ukraynalı ssenarist və mahnı müəllifi Nikolay Brovçenko mahnılarına görə qazandığı məbləğlərdən danışıb.

Qeyd edək ki, o, Tina Karolun ifa etdiyi "Ukrayna – budur sən" ("Ukrayna – eto tı"), Ani Lorak üçün yazdığı "Günorta istisi" ("Poludennyaya jara") və digər kompozisiyaların müəllifidir.

Bizim.Media  xəbər cerir ki, "Qlavkom"a müsahibə verən Brovçenko bildirib ki, qonorarın məbləği bir çox faktorlardan, o cümlədən efirlərdə və radiolarda aktivlikdən asılıdır:

"Əgər populyarlıq dalğası, mahnının premiyerası və rotasiyası baş verərsə, bu, ayda 30-40 minə qədər çata bilər. Lakin vaxt keçdikcə, tədbirlər və ictimai çıxışlar olmayanda ödənişlər də xeyli azalır".

Müəllif əlavə edib ki, bir çox artistlər artıq mahnıları özləri yazırlar, buna görə də təcrübəli müəlliflərə daha az iş qalır. Vəziyyətdən çıxış yolu kimi o, opera və myuzikllər üçün librettoların yazılması kimi daha geniş musiqi yaradıcılığına qoşulduğunu və burada qonorar səviyyəsinin mahnılara nisbətən qat-qat yüksək olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO