Rusiya mənzili 800 kilometrə qədər olan və artırılmış manevr qabiliyyətinə malik yeni ballistik raketin sınaqlarının yekun mərhələsindədir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı UNİAN nəşri yayıb.
Müdafiə müəssisəsinin inkişafı üzrə direktor, ehtiyatda olan zabit Anatoli Xrapçinskinin sözlərinə görə, bu silah təkcə Ukrayna üçün deyil, həm də Avropa ölkələri üçün ciddi təhlükə mənbəyi ola bilər.
Ekspert qeyd edib ki, bu raketlərin əsas təhlükəsi onların artırılmış mənzilindədir. Bu, Rusiyaya buraxılış qurğularını daha uzaq məsafələrə çəkərək təhlükəsizlikdə saxlamağa və Ukraynanın daha dərin ərazilərinə zərbələr endirməyə imkan verir.
Eyni zamanda, mütəxəssis vurğulayıb ki, tətbiq prinsipi və buraxılış sistemlərinin (yerüstü və ya gəmi variantı) necə olmasından asılı olaraq, gələcəkdə Avropa təhlükəsizliyinə qarşı da risklər artacaq.
Bizim.Media

































































































