Azərbaycan torpağı həmişə öz keyfiyyəti, bərəkəti ilə tanınıb. İstər sovet dövründə, istərsə də günümüzdə ayrı-ayrı bölgələrimizdə yetişdirilən meyvə-tərəvəz, pambıq və digər kənd təsərrüfatı məhsulları təkcə daxili bazarın tələbatını ödəməyib, regionda da öz adı, dadı və keyfiyyəti ilə seçilib.
Bu torpaqlar haqqında nənələrimizdən-babalarımızdan eşitdiyimiz bir deyim var: elə münbit torpaqdır ki, yerə kibrit çöpü düşsə, az qala cücərər. Əslində bu ifadə sadəcə xalq deyimi deyil, Azərbaycanın qaratorpaq, dağətəyi və subtropik torpaqları ilə fərqli və zəngin təbiətini göstərir.
Amma münbit torpağın özü hələ yüksək məhsuldarlıq demək deyil. Torpağın xüsusiyyətinə uyğun məhsul seçilməlidir. Meyvə-tərəvəz üçün əlverişli olan ərazidə sırf ənənə xatirinə pambıq əkmək, yaxud taxılçılıq üçün daha münasib sahəni başqa bitki ilə yükləmək bütövlükdə aqrar təsərrüfata, həmçinin iqtisadiyyata zərər vura bilər.
Bəs Azərbaycanın ən münbit torpaqları haradadır? Hansı rayonlarda torpağın keyfiyyəti daha yüksəkdir?
Rəsmi kadastr göstəricilərində Mil-Qarabağ zonas I keyfiyyət qrupu üçün 127 şərti balla qiymətləndirilib. Bu, çox yüksək göstəricidir. Kür-Araz ovalığı daxilində xüsusilə Mil-Qarabağ, Muğan-Salyan və Şirvan düzləri mühüm kənd təsərrüfatı zonalarıdır.
Konkret olaraq rayonlara gəlincə isə torpaqşünas Elmar Səfiyevin Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, Bərdə, Ağcabədi, Beyləqan, Tərtər, Ağdam rayonlarını, həmçinin Cəlilabad, Masallı, Biləsuvarı misal göstərmək olar.
Bundan başqa, Yardımlı, Sabirabad, Salyan, Şamaxı və İsmayıllının bəzi əraziləri də humusla zəngindir:
“Münbit, əkinçilik üçün yararlı torpaq tərkibindəki humusa görə ölçülür. Humus, yəni torpağın tərkibində bitki və heyvan qalıqlarının çürüməsindən əmələ gələn üzvi qatdır. Torpağı münbitləşdirən əsas amildir. Mil-Qarabağ, Muğan zonasında humusun miqdarı 10%-dən artıqdır. Tünd-qəvəyi rəngdə olur, xalq arasında qaratorpaq deyilir. Bu tip torpaqlar əkinçilik üçün əlverişlidir, əksər kənd təsərrüfatı məhsullarını yetişdirmək mümkündür”.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 16.09.2026
Yerə kibrit çöpü düşsə, cücərər... – Azərbaycanda torpağı ən münbit olan rayonlar – SİYAHI
Hazırda oxunan: Yerə kibrit çöpü düşsə, cücərər... – Azərbaycanda torpağı ən münbit olan rayonlar – SİYAHI
Hazırda oxunan: Yerə kibrit çöpü düşsə, cücərər... – Azərbaycanda torpağı ən münbit olan rayonlar – SİYAHI
636770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































