İtaliyanın müdafiə naziri: "Rusiyanın Ukraynada dayanacağını düşünmək sadəlövhlükdür"

İtaliyanın müdafiə naziri: "Rusiyanın Ukraynada dayanacağını düşünmək sadəlövhlükdür"

Hazırda oxunan: İtaliyanın müdafiə naziri: "Rusiyanın Ukraynada dayanacağını düşünmək sadəlövhlükdür"

636922

Varşavada polşalı həmkarı ilə görüşən İtaliyanın müdafiə naziri Qvido Krozetto bəyan edib ki, Ukraynadakı müharibə başa çatdıqdan sonra Rusiya öz təcavüzünü dayandırmayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.

Onun sözlərinə görə, 400 min nəfərlik hərbi qulluqçunun səfərbər edilməsi və hərbi potensialın artırılması bunun əksini sübut edir.

Krozetto Avropanı müdafiə imkanlarını ən yüksək səviyyədə gücləndirməyə çağırıb və Ukraynaya dəstəyin bütün Avropanın dövlət marağı məsələsi olduğunu vurğulayıb.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış isə öz növbəsində Ukraynanın çətin vəziyyətdə olduğunu və daha çox dəstəyə ehtiyac duyduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO