Müharibə bitdikdən sonra Putinin taleyi necə olacaq?

Müharibə bitdikdən sonra Putinin taleyi necə olacaq?

Hazırda oxunan: Müharibə bitdikdən sonra Putinin taleyi necə olacaq?

636924

Vladimir Putin üçün ən böyük siyasi risklər müharibə zamanı deyil, məhz o bitdikdən sonra yarana bilər. 

Bizim.Media xəbər verir ki, bunu "The Times" qəzetinin köşəyazarı Rocer Boyes bildirib. 

Rusiya hakimiyyəti Dövlət Dumasına seçkilərə hazırlaşsa da, iqtisadiyyatın tənəzzülü, cəbhədəki itkilər və cəmiyyətdə artan sülh tələbi fonunda Kreml özünün başlatdığı müharibənin ağır nəticələri ilə üzləşə bilər.
 

Məqalədə qeyd olunur ki, müharibənin gətirdiyi iqtisadi çətinliklər və kadr çatışmazlığı getdikcə daha çox nəzərə çarpır. "Levada-Mərkəz"in məlumatına görə, Putinə formal dəstək təxminən 60%-ə enib, respondentlərin 58%-i isə hərbi əməliyyatların dayandırılmasını və sülh danışıqlarının aparılmasını dəstəkləyir. 


Müəllif tarixi paralellər apararaq xatırladır ki, Rusiyanın və SSRİ-nin iştirak etdiyi əksər irimiqyaslı müharibələrin sonu daxili siyasi sarsıntılara səbəb olub. Buna görə də müharibənin bitməsi Kreml üçün həm də qayıdan hərbçilərin adaptasiyası, iqtisadi böhran və cəmiyyətin militarizasiyası kimi ciddi problemlər yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO