Aldığı qarpızlar xarab çıxdı, satıcını döydü

Aldığı qarpızlar xarab çıxdı, satıcını döydü

Hazırda oxunan: Aldığı qarpızlar xarab çıxdı, satıcını döydü

637011

Şabranda bazarda dava olub.

Bizim.Media  xəbər verir ki, hadisə Ağalıq kəndində yerləşən bazarda baş verib.

58 yaşlı Bayram İsmayılov (şərti adla) bazara gələrək, satıcılardan birini döyüb və nəticədə zərərçəkənə fiziki ağrı yetirib. Zərərçəkənin şikayəti əsasında Bayram saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.
 

Bayram İsmayılov ifadəsində bildirib ki, hadisəyə səbəb aldığı qarpızların xarab çıxması olub. O da xarab qarpızlara görə, bazara qayıdaraq, satıcı ilə mübahisə edib.


Nəticədə məlum hadisə olub. Lakin Bayram satıcını vurduğunu boynuna almayıb. Əksinə özünün xarab qarpızlara görə ziyana düşdüyünü deyib. Sonda o, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmənin qərarı ilə 300 manat məbləğində inzibati qaydada cərimələnib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO