Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının vəziyyəti ilə bağlı illik müraciəti zamanı Aleksandra Paskal və onun "Azadlıq rəqsi" adlı dünya turnesindən danışıb.
Bizim.Media xəbər verir ki, Saşa Strasburqda Avropa Parlamentinin sessiya zalında olub və avropalı parlamentarilər onu alqışlayıblar.
Komissiya sədri qızın ukraynalıların əzmkarlığının simvolu olduğunu qeyd edərək, onun Rusiya raket zərbəsi nəticəsində ayağını itirdiyini, lakin protezlə bədii gimnastika idmanına qayıtdığını və qələbələr qazandığını xatırladıb
Qeyd edək ki, Rinat Axmetov Fondunun təşkil etdiyi "Azadlıq rəqsi" turu çərçivəsində Saşa Paris, Nyu-York, Rio-de-Janeyro, Nayrobi və Tokioda çıxışlar edərək dünyanın diqqətini Ukraynanın mübarizəsinə cəlb edib.


Bizim.Media

































































































