Avropa Komissiyasının vitse-prezidenti: Putin Ukraynada qalib gəlsə, Baltikyanı ölkələri vuracaq

Avropa Komissiyasının vitse-prezidenti: Putin Ukraynada qalib gəlsə, Baltikyanı ölkələri vuracaq

Hazırda oxunan: Avropa Komissiyasının vitse-prezidenti: Putin Ukraynada qalib gəlsə, Baltikyanı ölkələri vuracaq

63678

Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, Litva, Latviya və Estoniya onun növbəti qurbanları ola bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Sovet İttifaqında böyüyən və Latviyanın baş naziri kimi təcrübəyə malik olan Avropa Ticarət Komissarı deyib ki, Brüsselin Moskvaya qarşı uzun illər birmənalı olmayan mövqeyindən sonra Avropa İttifaqı Rusiya təhlükəsini ciddi qəbul etməlidir.

“Əgər biz Ukraynanı dəstəkləməsək, o, Ukraynada dayanmayacaq. Aydındır ki, Putin indi hansısa aqressiv hərbi əhval-ruhiyyədədir və təəssüf ki, bu təcavüzün başqa ölkələrdə də davam etməsi ehtimalı var”, - deyə o bildirib.

Moldovanı nəzərdə tutub-tutmadığını soruşduqda Dombrovskis Baltikyanı ölkələrin adını çəkib:

“Rusiyanın Baltik dənizinə çıxışda Belarusun maraqlarını dəstəklədiyinə dair bəyanatlarına və anti-Baltik ritorikasına baxsanız, Ukrayna məsələsi də belə başlayıb”.

Ukraynaya müdaxilədən sonra Putinin radarında növbəti Baltikyanı ölkələrin ola biləcəyi ilə bağlı proqnoz Avropa Komissiyasının bəzi dairələrində Putinin növbəti addımı ilə bağlı narahatlığın səviyyəsini əks etdirir.
Dombrovskis uzun müddətdir ki, Rusiya prezidentinin təhlükəsi barədə xəbərdarlıq edir.

“Məsələ ondadır ki, Putin həmişə bu şantajdan istifadə edəcək. Bunlar öyrənilməli olan dərslərdir. Təcavüzkarı sakitləşdirmək heç bir nəticə vermir və hər vasitə ilə onun qarşısı alınmalıdır”, - deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO