Unikal günəş tutulmasının detalları açıqlandı - 2027-ci ildə baş verəcək

Unikal günəş tutulmasının detalları açıqlandı - 2027-ci ildə baş verəcək

Hazırda oxunan: Unikal günəş tutulmasının detalları açıqlandı - 2027-ci ildə baş verəcək

636732

Dünyanı 2 avqust 2027-ci ildə baş verəcək əsrin ən uzunmüddətli tam günəş tutulması gözləyir.

Bizim.Media xəbər verir ki, qeyri-adi təbiət hadisəsi zamanı qaranlıq düz 6 dəqiqə 22 sekund davam edəcək.

Belə uzunmüddətli qaranlıq fazası növbəti dəfə yalnız 2114-cü ildə təkrarlanacaq.

Ayın kölgəsi İspaniyanın cənubu, Cəbəllütariq, Şimali Afrika və Yaxın Şərqdən keçəcək. Ən uzun qaranlıq Misirin Luksor şəhərində qeydə alınacaq, lakin ekspertlər həddindən artıq istilər və turist axını səbəbindən oraya getməyi məsləhət görmürlər. Alternativ olaraq İspaniyanın cənubu, Mərakeş, Əlcəzair, Tunis və ya Misirin Siva vahəsi kimi sakit bölgələrdən bu nadir astronomik hadisəni izləmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO