Qadının üstünə meteorit düşüb -  FOTOLAR

Qadının üstünə meteorit düşüb - FOTOLAR

Hazırda oxunan: Qadının üstünə meteorit düşüb - FOTOLAR

63550
Amerikalı Enn Hocesin üstünə meteorit düşməsi qadını dünyada məşhur edib. Hadisə 60 il bundan qabaq, Enn  evdə divanda dincələrkən baş verib. Qəfildən düşən meteorit evin damını dağıdaraq düz qadının üstünə düşüb. Bu hadisə Sulakoqa (sonra isə adını dəyişərək Hoces qoydular) meteoritin ilk dəfə olaraq insanın üstünə düşməsi kimi tarixə düşdü. 
 
Enn Hocens ağır yanıq yarası almaqla  dünyada şöhrət qazandı. 1954-cü ildə Yer kürəsinə axan meteorit səmada 3 hissəyə parçalanıb və parçalardan biri qadının sol bədən nahiyəsinə dəyib. Bu vaxta qədər nə Enndən əvvəl, nə də sonra heç vaxt meteorit insanın üzərinə düşməyib.
 
Qadını yaralayan meteorit isə Alabama ştatında muzeyə qoyulub. Meteorit düşməsi və qadının məşhurlaşmasından sonra əri ondan boşanıb. Özü isə 1972-ci ildə 50 yaşında səhhəti pisləşərək vəfat edib.(publika.az)


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO