“İranda heç kim prezident olmaq istəmir, bilmirəm kiminlə danışım” – VİDEO

“İranda heç kim prezident olmaq istəmir, bilmirəm kiminlə danışım” – VİDEO

Hazırda oxunan: “İranda heç kim prezident olmaq istəmir, bilmirəm kiminlə danışım” – VİDEO

632422

ABŞ prezidenti Donald Tramp Cənubi Karolinada çıxışı zamanı İranın ali rəhbərinə endirilən zərbələr və Tehranla mümkün dialoqla bağlı danışıb.

Bizim.Media xəbər verir ki, Tramp İran rəhbərliyində vəziyyətin qarışıq olduğunu bildirərək deyib:
 

“Onların ali lideri öldürüldü, ikinci qrup rəhbərləri isə aradan qaldırıldı. Liderlik üçün növbəti - üçüncü qrupun isə bəzi üzvləri öldürülüb. Əslində, bu, mənim ən böyük problemlərimdən biridir, çünki kiminlə danışacağımı bilmirəm”.


ABŞ prezidenti əlavə edib ki, İran hazırda rəhbərlik baxımından qeyri-müəyyən vəziyyətdədir və bu, mümkün razılaşmanın əldə olunmasını çətinləşdirir.

“Bu, dünyada hazırda heç kimin prezident olmaq istəmədiyi yeganə ölkədir və bu, vəziyyəti razılığa gəlməyi çətinləşdirib”, – Tramp bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO