ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

Hazırda oxunan: ABŞ-ın dövlət borcu tarixi rekordu yenilədi -Astronomik məbləğ

632091

ABŞ-ın dövlət borcu tarixi rekorda imza ataraq ilk dəfə 40 trilyon dolları ötüb.

Bizim.Media xəbər verir ki, bu barədə “RİA Novosti” ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

19 avqust 2026-cı il ABŞ dövlət borcunun 40 trilyon dollar həddini keçdiyi ilk tarix kimi qeydə alınıb.
 

Donald Trampın ikinci prezidentlik müddətinin başlamasından sonra ölkənin borc yükü sürətlə artıb. Son 19 ay ərzində dövlət borcu təxminən 3,83 trilyon dollar yüksəlib. Müqayisə üçün, Trampın ilk prezidentlik dövründə eyni müddətdə artım 1,47 trilyon dollar təşkil edib.


ABŞ Maliyyə Nazirliyinin məlumatına əsasən, qanunla müəyyən edilmiş dövlət borcu tavanı hazırda 41 trilyon 103 milyard dollar təşkil edir.

Bununla yanaşı, avqustun 13-də ABŞ-ın dövlət borcu üzrə son 25 ilin ən yüksək ödənişini həyata keçirəcəyi bildirilmişdi. Maliyyə Nazirliyi 25 milyard dollar həcmində 30 illik istiqrazların satışını həyata keçirib və yeni qiymətli kağızlar üzrə gəlirliliyin 5,24 faiz təşkil edəcəyi gözlənilib.

Qeyd edək ki, ABŞ dövlət borcunun həcminə görə dünyada ilk sırada yer alır. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO