2025-ci ildə “Miss Earth” gözəllik müsabiqəsində İndoneziyanı təmsil edən və vitse-miss tituluna layiq görülən Putri Andriani Cufiça vəfat edib. Model 14 avqustda – doğum günündə dünyasını dəyişib. Onun 25 yaşı var idi.
Bizim.Media xəbər verir ki, bu barədə “Miss Grand Indonesia” təşkilatının nümayəndələri “Instagram” səhifəsində məlumat yayıblar.
“Miss Grand Indonesia” təşkilatı Putrinin ölümündən kədərləndiyini bildirib və onun yalnız titul sahibi deyil, həm də böyük ailənin bir parçası olduğunu vurğulayıb.
“Miss Earth” yarışmasında iştirakından sonra Putri “Miss Culture International” müsabiqəsinə münsif kimi dəvət edilmişdi.
Putri hüquq fakültəsində təhsil alırdı. O, həmçinin vokalla məşğul olur və ətraf mühitin qorunmasını dəstəkləyirdi.
Modelin ölüm səbəbi hələlik açıqlanmayıb. Onun ürək tutmasından vəfat etdiyi barədə ehtimallar səsləndirilir.
Bizim.Media








































































































