Təbii fəlakətdən sonra acınacaqlı mənzərə - FOTO

Təbii fəlakətdən sonra acınacaqlı mənzərə - FOTO

Hazırda oxunan: Təbii fəlakətdən sonra acınacaqlı mənzərə - FOTO
630722
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cənub-Şərqi Asiyada böyük fəsadlara yol açan "Delfin" tayfunu və musson yağışları Filippini sular altında qoyub.

Bizim.Media xəbər verir ki, təbii fəlakətin 15 nəfərin ölümünə səbəb olduğu ölkənin şəhərlərində vəziyyət daha acınacaqlıdır.

Belə ki, iri yaşayış məntəqələri sel sularının özü ilə gətirdiyi zibil yığının əsirinə çevrilib.

Filippinin paytaxtı Manilanın şəhərətrafı zonası olan Paranyakadakı Redemptorist kanalı tamamilə nəhəng zibil qalaqları ilə tutulub. Su yollarının bağlanması sel sularının axıb getməsini çətinləşdirərək ciddi xəstəlik riski yaradıb.

Acınacaqlı vəziyyət səbəbindən Filippin hökuməti bölgədə fövqəladə təmizlik işlərinə başlayıb.

Ağır texnika, təmizləmə qayıqları və canlı qüvvə kanalları və küçələri bürüyən üfunətli “zibil dağları”nı təmizləmək üçün hərəkətə keçiblər.

Təbii fəlakətdən sonra acınacaqlı mənzərə - FOTO - foto 1
Təbii fəlakətdən sonra acınacaqlı mənzərə - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO