Soçi meriyasından sakinlərə TÖVSİYƏ: Şəxsi avtomobillərinizlə səfərə çıxmayın

Soçi meriyasından sakinlərə TÖVSİYƏ: Şəxsi avtomobillərinizlə səfərə çıxmayın

Hazırda oxunan: Soçi meriyasından sakinlərə TÖVSİYƏ: Şəxsi avtomobillərinizlə səfərə çıxmayın

630562

Soçidə yanacaq tədarükünün logistikasında yaranan problemlər səbəbindən yanacaqdoldurma məntəqələrində fiziki şəxslərə benzin satışına məhdudiyyətlər tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Şəhər administrasiyası sakinlərə və turistlərə imkan daxilində şəxsi avtomobillərlə səfərlərdən imtina etməyi tövsiyə edib.

Soçi meriyasının məlumatına görə, iri yanacaqdoldurma operatorları tədarükdə yaranan problemlər səbəbindən yanacaq satışına limit qoyub. Bəzi yanacaqdoldurma məntəqələrində isə növbələr və ajiotaj yaranıb.
 

Hakimiyyət sakinləri və kurorta gələn qonaqları ictimai nəqliyyatdan istifadə etməyə, şəxsi avtomobillərdən isə yalnız zəruri hallarda yararlanmağa çağırıb.


Bununla yanaşı, meriya şəhərin həyat təminatı sistemlərinin normal rejimdə işlədiyini vurğulayıb. Operativ və kommunal xidmətlər, eləcə də hüquqi şəxslər yanacaq kartları vasitəsilə yanacağı məhdudiyyətsiz əldə edirlər. İctimai nəqliyyat və xüsusi texnika da yanacaqla tam təmin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO