Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Orsknefteorgsintez” neft emalı zavodu PUA hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, hücumdan sonra müəssisənin ərazisində yanğın başlayıb.
Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev bildirib ki, regionda hava məkanına məhdudiyyətlər tətbiq edilib və “Xalça” (“Kovyor”) planı qüvvəyə minib. Həmçinin Orsk hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Şəhər rəhbəri Artyom Vorobyov da Orskda PUA hücumunun baş verdiyini təsdiqləyib.Hazırda yanğının davam etdiyi bildirilir.
Qeyd edək ki, “Orsknefteorgsintez” Rusiyanın iri neft emalı müəssisələrindən biridir və “Forteİnvest” strukturuna daxildir. Müəssisənin illik neft emalı gücü təxminən 6–6,6 milyon ton təşkil edir. Zavod benzin, dizel yanacağı, mazut, bitum, aviasiya kerosini və digər neft məhsulları istehsal edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:44 / 11.08.2026
Rusiyanın iri neft emalı zavodlarından birinə PUA hücumu: Yanğın oldu – VİDEO
Hazırda oxunan: Rusiyanın iri neft emalı zavodlarından birinə PUA hücumu: Yanğın oldu – VİDEO
Hazırda oxunan: Rusiyanın iri neft emalı zavodlarından birinə PUA hücumu: Yanğın oldu – VİDEO
630451
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































