Finlandiyanın Oulu şəhəri ilə İsveçin Haparanda şəhəri arasında qatarlar 1988-ci ildən sonra ilk dəfə yenidən hərəkətə başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Yle" televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, qatar şəhərlər arasında gündə iki dəfə hərəkət edəcək. Bir istiqamətdə səfər təxminən 1 saat 40 dəqiqə davam edəcək.
Finlandiya və İsveçdə qida və alkoqolun satışı və təqdim olunması ilə bağlı tələblərin fərqli olması səbəbindən qatarda restoran fəaliyyət göstərməyəcək.
Yle həmçinin yazır ki, 1917-ci il Oktyabr inqilabının lideri Vladimir Leninin də bu marşrutla əlaqəsi var. O, mühacirətdən qayıdarkən Haparanda ilə Tornio arasındakı keçiddən istifadə edib.
Bizim.Media

































































































