Rolex ikinci əl saat bazarında liderliyini qoruyur - Rəqibləri də mövqelərini gücləndirir

Rolex ikinci əl saat bazarında liderliyini qoruyur - Rəqibləri də mövqelərini gücləndirir

Hazırda oxunan: Rolex ikinci əl saat bazarında liderliyini qoruyur - Rəqibləri də mövqelərini gücləndirir

629700

İkinci əl lüks saat bazarında Rolex hələ də lider mövqeyini qoruyur, lakin rəqib brendlər onun bazar payını tədricən azaldır.

Bizim.Media xəbər verir ki, bu barədə Chrono24 platformasının yeni hesabatına istinadən Robb Report yazıb.

Hesabata görə, Rolex-un ikinci əl bazarındakı satış payı 30,5 faizə enib. Müqayisə üçün qeyd olunur ki, pandemiya dövründə – 2022-ci ildə bu göstərici 44 faizə çatmışdı. Bununla belə, cari ilin ikinci rübündə platformadakı ümumi satışların təxminən 31 faizi yenə də Rolex-un payına düşüb.

Ən yaxın rəqiblər arasında Omega bazarın 11 faizini, Patek Philippe isə 6 faizini tutur.

Qiyməti 10–20 min dollar arasında dəyişən və Submariner, GMT-Master II və polad korpuslu Daytona kimi məşhur modelləri əhatə edən seqmentdə Rolex satışların 61,4 faizinə sahib olaraq üstünlüyünü saxlayır.

Lakin qiyməti 20 min dollardan yuxarı olan premium seqmentdə son üç ildə brendin payı 5,8 faiz azalaraq 38,6 faizə düşüb. Bu kateqoriyada Patek Philippe (23,1 faiz), Audemars Piguet (13,8 faiz) və sürətlə populyarlıq qazanan Vacheron Constantin (5,6 faiz) mövqelərini gücləndiriblər.

Hesabatda alıcı zövqlərinin də dəyişdiyi vurğulanır. Əvvəllər bazarda idman üslublu modellərə maraq üstünlük təşkil edirdisə, indi alıcılar daha çox klassik və zərif saatlara üstünlük verirlər.

Platformada Rolex Datejust modeli şirkət üçün ən yüksək gəlir gətirən saat olub və ümumi gəlirin 28 faizini formalaşdırıb.

30 yaşdan aşağı alıcılar da elit saat dünyasına ilk addım kimi daha çox Datejust modelini seçir, daha sonra isə Daytona kimi modellərə üstünlük verirlər.
 

Bununla yanaşı, gənc alıcıların Rolex-a ayırdığı büdcə də azalıb. Əgər 2022-ci ildə 30 yaşdan aşağı müştərilər saat alışına ayırdıqları vəsaitin təxminən yarısını bu brendə xərcləyirdilərsə, hazırda bu göstərici təxminən 30 faizə düşüb.


Chrono24-ün brendlərlə iş üzrə rəhbəri Balaş Ferensinin sözlərinə görə, müasir alıcılar vəsaitlərini daha düşünülmüş şəkildə xərcləyirlər və bu tendensiya Cartier, Patek Philippe və Vacheron Constantin kimi brendlərin inkişafı üçün əlavə imkanlar yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO