Siqareti tərgitmək üçün başına məftil qəfəs taxdı

Siqareti tərgitmək üçün başına məftil qəfəs taxdı

Hazırda oxunan: Siqareti tərgitmək üçün başına məftil qəfəs taxdı

629467

Türkiyənin Kütahya şəhərində yaşayan İbrahim Yücel illərdir tərgidə bilmədiyi siqaret vərdişindən qurtulmaq üçün başına məftildən qəfəs düzəldib.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, atasını ağciyər xərçəngi səbəbindən itirdikdən sonra siqareti tərgitməyə qərar verən Yücel əvvəlki cəhdləri uğursuz alındığı üçün motosiklet dəbilqələrindən ilhamlanıb.

Məftil qəfəsin açarlarını həyat yoldaşı və qızına verən Yücel evdən çıxarkən siqaret çəkməyini fiziki olaraq qeyri-mümkün hala gətirib. 2013-cü ildə böyük maraq doğuran bu qeyri-adi üsul siqareti tərgitmək əzminin bir simvolu kimi yaddaşlarda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO