Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin YUNESKO yanındakı daimi nümayəndəsi Vadim Omelçenkonu vəzifəsindən azad edib.
Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi xəbər verir.
"Volodimir Zelenski Vadim Omelçenkonu Ukraynanın YUNESKO yanındakı daimi nümayəndəsi vəzifəsindən azad edib", — deyə məlumatda qeyd olunub.
Omelçenko bu vəzifəni 23 noyabr 2020-ci ildən tuturdu. O, həmçinin 2021-ci ilin aprelindən Ukraynanın Monakodakı səfiridir.
Bizim.Media





































































































