Tramp paylaşımlarına görə PUL QAZANACAQ

Tramp paylaşımlarına görə PUL QAZANACAQ

Hazırda oxunan: Tramp paylaşımlarına görə PUL QAZANACAQ

628905

ABŞ Prezidenti Donald Trampın Truth Social sosial şəbəkəsindəki paylaşımlarına daha sürətli çıxış imkanı verən yeni xidmətin aylıq qiyməti 100 min dollar olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı AP agentliyi  yayıb.
 

Məlumata görə, Truth API adlı xidmət iri treyderlərə və investisiya fondlarına Trampın paylaşımlarını digər istifadəçilərdən daha tez əldə etməyə imkan verəcək. Bu isə onların ticarət alqoritmlərinin səhm, neft və valyuta bazarlarındakı dəyişikliklərə daha operativ reaksiya verməsini təmin edəcək.


Yeni təşəbbüs ABŞ-da ciddi tənqidlərə səbəb olub. Senator Elizabet Uorren bu addımı "açıq korrupsiya" adlandırıb.

AP qeyd edir ki, xidmət prezident vəzifəsindən şəxsi kommersiya maraqları üçün istifadə edilməsi və mümkün maraqlar toqquşması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO