Avropadakı görünməmiş meşə yanğınlarının səbəbi AÇIQLANDI

Avropadakı görünməmiş meşə yanğınlarının səbəbi AÇIQLANDI

Hazırda oxunan: Avropadakı görünməmiş meşə yanğınlarının səbəbi AÇIQLANDI

628827

Beynəlxalq World Weather Attribution (WWA) qrupunun alimləri İspaniya və Fransada baş verən genişmiqyaslı meşə yanğınlarının əsas səbəblərindən birinin insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi olduğunu bildiriblər.

Bizim.Media xəbər verir ki, araşdırmaya əsasən, qlobal istiləşmə İspaniyada isti, quraq və küləkli hava şəraitinin yaranma ehtimalını azı 20 dəfə, Fransada isə təxminən 2 dəfə artırıb.

Mütəxəssislərin fikrincə, rütubətli qış və yaz aylarından sonra gələn quraq və isti yay bitki örtüyünü asan alışan yanacağa çevirib.

Nəticədə baş verən yanğınlar yüz minlərlə insanın təxliyəsinə, yaşayış evlərinin məhvinə və havanın təhlükəli dərəcədə çirklənməsinə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO