Xartumda həbsxanaya hücum edilib, bir çox məhbuslar qaçıb

Xartumda həbsxanaya hücum edilib, bir çox məhbuslar qaçıb

Hazırda oxunan: Xartumda həbsxanaya hücum edilib, bir çox məhbuslar qaçıb

628369

Bir qrup naməlum şəxs Xartumdakı Sudanın ən qədim həbsxanası olan Kobara hücum edib.

Bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hücum nəticəsində bir çox məhbus həbsxanadan qaça bilib.

Bundan əvvəl cəzaçəkmə müəssisəsinin yaxınlığında ordu ilə Sudanın xüsusi təyinatlıları arasında toqquşma baş verib. Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir və onun rejiminin bir çox funksioneri Kobar həbsxanasında cəza çəkirlər.

Nəşr bildirib ki, bütün siyasi məhbuslar həbsdə qalır. Oxşar şəkildə məhbusların bəziləri Xartumun cənubunda yerləşən Soba həbsxanasından qaçıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO