Polşanın XİN rəhbəri Britaniyanın Aİ-yə qayıdacağına şübhə ilə yanaşdı - VİDEO

Polşanın XİN rəhbəri Britaniyanın Aİ-yə qayıdacağına şübhə ilə yanaşdı - VİDEO

Hazırda oxunan: Polşanın XİN rəhbəri Britaniyanın Aİ-yə qayıdacağına şübhə ilə yanaşdı - VİDEO

627588

Polşanın xarici işlər naziri Radoslav Sikorski Böyük Britaniyanın Avropa İttifaqına tam şəkildə qayıtmasının mümkünlüyünə şübhə etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, Sikorskinin sözlərinə görə, qərar adi britaniyalı vətəndaşlardan asılı olsaydı, Birləşmiş Krallıq artıq Aİ-yə qayıtmaqla bağlı danışıqlara başlayardı.

“Amma siyasi baxımdan bu, açıq şəkildə çox mürəkkəbdir. Xüsusilə ona görə ki, əvvəllər Böyük Britaniya güzəştləri və müəyyən siyasətlərdə iştirakdan imtina etmək imkanı olan imtiyazlı üzvlük statusundan istifadə edirdi.

Bu imkanları isə bu gün artıq əldə edə bilməyəcək. Buna görə də mən Böyük Britaniyanın tam şəkildə geri qayıdacağına inanmıram”, – deyə Sikorski bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO