Ben Uolles: İsrail Rusiyanı qəzəbləndirmək istəmədi, indi isə bunun nəticələrini yaşayır

Ben Uolles: İsrail Rusiyanı qəzəbləndirmək istəmədi, indi isə bunun nəticələrini yaşayır

Hazırda oxunan: Ben Uolles: İsrail Rusiyanı qəzəbləndirmək istəmədi, indi isə bunun nəticələrini yaşayır

626520

Böyük Britaniyanın sabiq müdafiə naziri Ben Uolles İsrail hökumətini Ukraynaya kifayət qədər dəstək verməməkdə tənqid edib.

Bizim.Media xəbər verir ki, Uollesin sözlərinə görə, o, Baş nazir Benyamin Netanyahu hökumətinə Ukraynaya yardım göstərməyi tövsiyə etsə də, İsrail Rusiyanı qəzəbləndirmək istəmədiyi üçün bundan imtina edib.
 

"İsrail Rusiyanı qəzəbləndirmək istəmədi. Nəticədə isə Rusiya İranın pilotsuz uçuş aparatlarına milyardlarla vəsait xərcləməyə davam etdi. İndi bunun nəticələri ilə adi İsrail vətəndaşları üzləşirlər", – deyə o bildirib.


Ben Uolles həmçinin iddia edib ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan sonra İsrail Rusiyadan gələn çirkli pulları və sanksiyalardan yayınmağa çalışan şəxsləri qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO