ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin həlli ilə bağlı öz mövqeyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə verdiyi açıqlamada, mərhum senator Lindsi Qrem ilə yanaşmalarının fərqli olduğunu vurğulayıb.
ABŞ lideri qeyd edib ki, onun əsas prioriteti münaqişəyə mümkün qədər tez son qoymaq olub:
"Mən çox istəyirdim ki, Ukrayna münaqişəsi mümkün qədər tez başa çatsın".
Tramp, uzun illər yaxın dostu və siyasi müttəfiqi olan senator Lindsi Qremin bu məsələdə ondan fərqli mövqe tutduğunu etiraf edib.
O, Qremin müharibənin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib:
"Düşünürəm ki, Qrem, səmimi desək, daha çox müharibənin davam etdirilməsinin tərəfdarı idi".
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:28 / 12.07.2026
Tramp Ukrayna münaqişəsi haqqında: "Mən müharibənin tezliklə bitməsini istəyirdim, Qrem isə..." - VİDEO
Hazırda oxunan: Tramp Ukrayna münaqişəsi haqqında: "Mən müharibənin tezliklə bitməsini istəyirdim, Qrem isə..." - VİDEO
Hazırda oxunan: Tramp Ukrayna münaqişəsi haqqında: "Mən müharibənin tezliklə bitməsini istəyirdim, Qrem isə..." - VİDEO
624866
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































