Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 3 811 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bolivar Respublikasının Milli Assambleyasının sədri Xorxe Rodriges "Venezolana de Televisión" telekanalının efirində deyib.
O qeyd edib ki, yeraltı təkanlar zamanı 16 740 nəfər yaralanıb, 17 907 sakin isə evsiz qalıb.
Təbii fəlakət nəticəsində 190 bina tamamilə dağılıb, 856 tikiliyə isə ciddi ziyan dəyib. Axtarış-xilasetmə tədbirləri zamanı 6 462 nəfər xilas edilib, 27 398 pasiyent xəstəxana və tibb müəssisələrində müalicə alıb. Zərərçəkmiş 86 794 ailəyə lazımi köməklik göstərilib, onlara 9 603 ton ərzaq məhsulu paylanılıb.
Xatırladaq ki, Venesuelada zəlzələ iyunun 24-ü axşam saatlarında baş verib.
Təxminən 40 saniyə fərqlə 7.2 və 7.5 maqnitudalı iki yeraltı təkan qeydə alınıb. Zəlzələnin episentrləri Yarakuy ştatında bir-birindən 10 km aralıda yerləşib. Fəlakətdən sonrakı günlər ərzində 1 mindən çox afterşok müşahidə edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:31 / 09.07.2026
Venesuelada zəlzələdə ölənlərin sayı 3800-ü keçdi
Hazırda oxunan: Venesuelada zəlzələdə ölənlərin sayı 3800-ü keçdi
Hazırda oxunan: Venesuelada zəlzələdə ölənlərin sayı 3800-ü keçdi
624176
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































