Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

Hazırda oxunan: Venesuelada zəlzələdə ölənlərin sayı 3342 nəfərə yüksəldi

623649

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 3342 nəfərə yüksəlib. Daha 16 mindən çox insan isə xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriqes öz “Telegram” kanalında məlumat verib.
 

Kanaldakı paylaşımda qeyd olunur ki, fəlakət zamanı 6462 nəfəri sağ-salamat xilas etmək mümkün olub. Son iki sutka ərzində bu göstərici dəyişməyib, xilas edilməsi mümkün olmayanların (həlak olanların) sayı isə 388 nəfər artıb.


Son məlumatlara görə, zəlzələdən zərər çəkmiş 86,79 min ailəyə artıq yardım göstərilib. 17,35 min insan isə evsiz qalıb. Təbii fəlakət ölkədə 856 binaya ziyan vurub, onlardan 190-ı tamamilə uçub.

Xatırladaq ki, iyunun 25-də Venesuelada ard-arda 7,2 və 7,5 bal gücündə zəlzələ olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO