"Ədalətli Rusiya" partiyası seçki siyahısını açıqladı: Tanınmış simalar kənarda qaldı

"Ədalətli Rusiya" partiyası seçki siyahısını açıqladı: Tanınmış simalar kənarda qaldı

Hazırda oxunan: "Ədalətli Rusiya" partiyası seçki siyahısını açıqladı: Tanınmış simalar kənarda qaldı

623388

İyulun 4-də keçirilən seçki qurultayında "Ədalətli Rusiya" partiyası Dövlət Dumasına seçkilərlə bağlı namizədlər siyahısını müəyyənləşdirib. Partiya hazırda parlamentdə təmsil olunan 27 deputatdan yalnız 17-sini yenidən namizəd göstərib.

Partiyanın ümumi federal siyahısına aşağıdakı şəxslər daxil edilib:

Partiya sədri Sergey Mironov.

Duma sədrinin müavini Aleksandr Babakov.

Deputat Marina Kim.

Xüsusi hərbi əməliyyat (XHE) veteranı Oleq Çernışev.

Bununla yanaşı, 2026-cı il seçki kampaniyasından kənarda qalanlar arasında tanınmış aktyorlar Yelena Drapeko və Nikolay Burlyayev də var. Həmçinin, 2021-ci il seçkiləri ərəfəsində "ədalətli"lərə qoşulan iki partiyanın nümayəndələri də bu dəfə siyahıya daxil edilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO