Ramzan Kadırov seçkilərdə namizəd OLMAYACAQ

Ramzan Kadırov seçkilərdə namizəd OLMAYACAQ

Hazırda oxunan: Ramzan Kadırov seçkilərdə namizəd OLMAYACAQ

622844

Çeçenistanın rəhbəri Ramzan Kadırov uzun illər ərzində ilk dəfə Dövlət Dumasına seçkilərdə "Yedinaya Rossiya" (Vahid Rusiya) partiyasının regional namizədlər siyahısına daxil edilməyib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Govorit NeMoskva" nəşri yayıb.

Məlumata görə, partiyanın respublika üzrə seçki siyahısına Dövlət Dumasının deputatları Şamsail Saraliyev, Ruslan Leçxaciyev və Axmed Dogayev başçılıq edirlər. Siyahıda həmçinin Kadırovun yaxın silahdaşları — Çeçenistanın Baş naziri Maqomed Daudov, onun birinci müavini İsa Tumxaciyev və administrasiya rəhbəri Qalas Taymasxanov yer alıb.

Kadırovun digər nüfuzlu silahdaşı Adam Delimxanov isə partiyanın birmandatlı seçki dairəsi üzrə namizədi olub.
 

Nəşr xatırladır ki, Ramzan Kadırov 2007-ci ildən bəri parlament seçkilərində "Yedinaya Rossiya"nın regional qrupuna həmişə şəxsən rəhbərlik edirdi. Bundan əlavə, Çeçenistan rəhbəri partiyanın iyunun 28-də keçirilən qurultayında da iştirak etməyib.


Qeyd edək ki, son bir neçə ildə mətbuatda mütəmadi olaraq Ramzan Kadırovun ağır xəstəliyə yaxalanması barədə məlumatlar yayılır. Kadırov özü isə bu iddiaları qətiyyətlə təkzib edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO