Hava limanında gözləməkdən yoruldu, 3.3 milyon dollar QAZANDI

Hava limanında gözləməkdən yoruldu, 3.3 milyon dollar QAZANDI

Hazırda oxunan: Hava limanında gözləməkdən yoruldu, 3.3 milyon dollar QAZANDI

622556

Las-Veqasın Harri Rid (Harry Reid) adına beynəlxalq hava limanında tranzit zonasında gözləyən səyyah oyun avtomatında 3.3 milyon dollardan çox cekpot qazanıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın "Sacramento Bee" qəzeti məlumat yayıb.

Hadisə bazar günü baş verib, çərşənbə axşamı isə hava limanının administrasiyası rəsmi "X" sosial şəbəkə hesabında hadisəni şərh edərək, bunu "tranzit vaxtını keçirməyin ən yaxşı yollarından biri" adlandırıb.
 

"International Game Technology" (IGT) şirkətinin dəqiqləşdirdiyi məlumata görə, şanslı qalib Entoni adlı kişi olub. O, "Wheel of Fortune Gold Spin Triple Red Hot 7s" slot aparatında cəmi 10 dollarlıq mərclə böyük cekpotu udmağı bacarıb. İstehsalçı şirkətin nümayəndələri qalibin oyun avtomatının yanında gülümsəyərək çəkdirdiyi fotosunu paylaşıblar.


ABŞ Daxili Gəlirlər Xidmətinin (IRS) qaydalarına əsasən, 5 000 dollardan yuxarı olan uduşlardan avtomatik olaraq 24% həcmində federal vergi tutulur. Bununla belə, Nevada ştatında fiziki şəxslərin gəlirlərindən və lotereya uduşlarından regional ştat vergisi götürülmür.

Qeyd edək ki, bu, Las-Veqas hava limanında qeydə alınan ilk irihəcmli uduş deyil.

2025-ci ilin may ayında digər bir səyyah bənzər avtomatda 1.8 milyon dollarlıq cekpot udmuşdu, daha əvvəl isə başqa bir sərnişin cəmi 1.25 dollarlıq mərc qarşılığında 348 min dollardan çox vəsait qazanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO