Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi – VİDEO

Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi – VİDEO

Hazırda oxunan: Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi – VİDEO

621857

Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə müvəkkili Yana Lantratova məlumat verib.

Onun sözlərinə görə, mübadilə nəticəsində Ukraynada saxlanılan 7 Rusiya vətəndaşı ölkəsinə qaytarılıb.

Onlardan beşi Kursk vilayətinin sakinləri, o cümlədən Sudja şəhərindən olan bir qadın, digər iki nəfər isə Rusiyanın başqa regionlarının sakinləridir.

Lantratova bildirib ki, razılaşma çərçivəsində eyni sayda – 7 nəfər də Ukraynaya təhvil verilib.

Qeyd edək ki, bundan bir gün əvvəl tərəflər arasında 160-a 160 formatında hərbi əsir mübadiləsi də həyata keçirilmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO