Yerli vaxtla saat 21:10 radələrində Rusiya ordusu tərəfindən Ukraynanın paytaxtı Kiyevə ballistik raket hücumu olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Qeyd olunub ki, Kiyevdə elan olunmuş hava həyəcanı fonunda partlayışlar baş verib.
Ukrayna paytaxtının meri Vitali Kliçko özünün “Telegram” kanalında bəyan edib ki, şəhərdə hava hücumundan müdafiə (HHM) vasitələri işləyir.
Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin onlayn xəritəsinin məlumatına görə, hazırda Kiyevdə və Ukraynanın əksər vilayətlərində hava həyəcanı siqnalı qüvvədədir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:45 / 25.06.2026
Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ
Hazırda oxunan: Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ
Hazırda oxunan: Rusiya ordusu Kiyevə ballistik raketlərlə HÜCUM ETDİ
621617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































