Kiyev tamamilə qaranlığa qərq oldu – FOTO

Kiyev tamamilə qaranlığa qərq oldu – FOTO

Hazırda oxunan: Kiyev tamamilə qaranlığa qərq oldu – FOTO

621495

Ukraynanın paytaxtı Kiyev şəhərində energetika sistemində yaranmış gərginliklə əlaqədar olaraq növbədənkənar və təcili elektrik kəsintilərinə start verilib. Şəbəkələrin iflic olmasının qarşısını almaq üçün qəza rejiminə keçid edilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı və yerli energetika şirkətləri yayıb.
 

Məlumata görə, kəsintilər əvvəlcədən elan olunmuş qrafiklərə uyğun aparılmır və paytaxtın demək olar ki, bütün inzibati rayonlarını əhatə edir. Aidiyyəti qurumlar infrastruktur obyektlərinə düşən yükün kritik həddə çatdığını və sistemin çökməməsi üçün bu addımın məcburi olaraq atıldığını bildiriblər.


Hazırda Kiyevin əksər hissələrində yaşayış binaları ilə yanaşı, iaşə obyektlərinin və bəzi dövlət müəssisələrinin də enerjisiz qaldığı qeyd olunur. Mütəxəssislər kəsintilərin nə qədər davam edəcəyi barədə hələlik dəqiq vaxt açıqlamayıblar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO