Trampdan XƏBƏRDARLIQ – “Bu məlumat yalandırsa, danışıqlar dərhal dayandırılacaq” – FOTO

Trampdan XƏBƏRDARLIQ – “Bu məlumat yalandırsa, danışıqlar dərhal dayandırılacaq” – FOTO

Hazırda oxunan: Trampdan XƏBƏRDARLIQ – “Bu məlumat yalandırsa, danışıqlar dərhal dayandırılacaq” – FOTO

621302

ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazından keçən gəmilərdən hər hansı bir ödəniş tələb etməyəcəyi ilə bağlı Vaşinqtona zəmanət verdiyini bildirib.

Bizim.Media xəbər verir ki, Ağ Ev rəhbəri özünə məxsus "Truth Social" platformasında bu barədə yazıb.

"İran ABŞ-a məlumat verib ki, bunun əksini iddia edən feyk xəbər mediasının məlumatlarına baxmayaraq, Hörmüz boğazından keçən gəmilərdən İran tərəfindən heç bir keçid haqqı (rüsum), sığorta xərci və ya hər hansı digər ödəniş tələb olunmur və alınmır. Əgər bu yalan məlumatdırsa, danışıqlar dərhal, elə həmin an dayandırılacaq!".

ABŞ Prezidenti eyni zamanda İrana birbaşa nağd pul verilməyəcəyini, dondurulmuş vəsaitlərin ABŞ fermerlərinin məhsullarının alınmasına yönəldiləcəyini təkrar edib:

"Bundan əlavə, ABŞ tərəfindən İrana heç bir pul verilməyib və ya onların pullarından heç bir vəsait özlərinə qaytarılmayıb. Biz onların tamamilə bizim nəzarətimizdə olan pullarının bir hissəsini bizim fermerlərimiz və heyvandarlarımız üçün qarğıdalı, buğda, soya lobyası və digər məhsulların satın alınmasına cəlb edəcəyik. İranda ərzağa çox böyük ehtiyac var və biz bu məhsulları onlar üçün eksklüziv olaraq Birləşmiş Ştatlardan satın alacağıq”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO