Kim Çen İndən nüvə müharibəsi XƏBƏRDARLIĞI

Kim Çen İndən nüvə müharibəsi XƏBƏRDARLIĞI

Hazırda oxunan: Kim Çen İndən nüvə müharibəsi XƏBƏRDARLIĞI

620944

Şimali Koreya (KXDR) lideri Kim Çen İn ABŞ və Cənubi Koreyanı birgə hərbi təlimlər, kəşfiyyat fəaliyyətləri və "nüvə məsələləri üzrə məsləhət qrupu"nun iclası çərçivəsində KXDR-ə qarşı genişmiqyaslı nüvə müharibəsi planı hazırlamaqda ittiham edib. O, bu addımların Koreya yarımadasında vəziyyəti son həddə qədər gərginləşdirdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi kütləvi informasiya vasitələri məlumat yayıb.

Mövcud təhdidlərə toxunan Kim Çen İn, rəsmi Pxenyanın xarici təzyiqlərə cavab olaraq öz nüvə potensialını daha da sürətli templərlə artırmaq niyyətində olduğunu diqqətə çatdırıb.

Şimali Koreya lideri vurğulayıb ki, ölkəsinin suverenliyini və təhlükəsizliyini qorumaq üçün hərbi-nüvə gücünün maksimum dərəcədə gücləndirilməsi qaçılmazdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO